"Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq tədricən güclənməkdədir. Biz strateji tərəfdaşlıq layihəsinin ikinci fəslini müzakirə edirik. İlk dəfədir ki, tərəfdaş ölkə üzv ölkələrlə tərəfdaşlıq layihəsi təklif edib. Bu, bir az çətin prosesdir. Amma ümid edirik ki, proseslər hamar gedəcək. Biz yeni saziş üzrə danışıqları noyabrda Brüsseldə keçiriləcək sammit öncəsi yekunlaşdırmağı planlaşdırırdıq".
Mynews.az APA-ya istinadla xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, hazırda danışıqların növbəti mərhələləri keçirilir: "Oktyabrda açıq səma sazişi üzrə görüş olacaq. Bu, bəlkə də, sonuncu görüş oldu. Hazırda tərəflər arasında əməkdaşlıq sürətlə inkişaf edir. İkitərəfli münasibətlər çərçivəsində bir sıra məsələlər var. Biz 10 üzv ölkə ilə strateji tərəfdaşıq. Bəziləri ilə strateji tərəfdaşlıq sənədi imzalamağa hazırlaşırıq. Ümid edirəm ki, Avropa Komissiyası ilə də bu sənədi imzalayacağıq".
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub