"Azərbaycanla Rusiya arasındakı parlamentlərarası əlaqələr dərinləşir".
Mynews.az-ın məlumatına əsasən, bunu Report-un Rusiya bürosuna Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib.
Onun sözlərinə görə, dekabrda Rusiya parlament üzvlərinin Bakıya iki dəfə səfər edəcəyi gözlənilir.
"Əvvəlcə MDB Dövlət Duması Komitəsinin Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsi ilə birgə iclasını keçirəcəyik. Bundan bir həftə sonra Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakıya səfər edəcək", - L.Kalaşnikov bildirib.
O, həmçinin hazırda hər iki səfərin dəqiq tarixlərinin razılaşdırılması üzrə işlərin getdiyini söyləyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub