Serj Sarisyan iqtidarına qarşı tənqidi çıxışları ilə tanınan politoloq İqor Muradyan Qarabağın azad olunması ilə nəticələnək Azərbaycan və Türkiyə əməkdaşlığından və bunun Ermənistan üçün təhlükələrindən danışıb.
Publika.az xəbər verir ki, Muradyan 1998-ci ildə Heydər Əliyev və Süleyman Dəmirəlin prinsipial görüşünü xatırladıb.
Bildirib ki, həmin görüşdən sonra Türkiyə və Azərbaycan arasında gələcək strategiya cızıldı: “Razılaşmada iki ölkə arasından energetikadan tutmuş, hərbi əməkdaşlığa qədər bir çox sahə əhatə olunmuşdu. Həm də Qarabağ məsələsini həll etmək üçün Ermənistanı uzunmüddətli siyasi və iqtisadi blokadaya salmaq, onu Türkiyə-Azərbaycan blokuna bağlamaq və öz maraqlarına tabe etdirmək haqda razılaşma oldu. Bu, faktiki olaraq Ermənistanın prinsipial dövlət olaraq yox olması və Azərbaycanla Türkiyənin quberniyasına çevrilməsi demək idi. Həmin görüşdən sonra Azərbaycan xarici siyasətdə aktiv hərəkətə keçdi və indiyə qədər Ermənistanı blokadası davam etdirilir”.
Muradyan qeyd edib ki, Azərbaycan Rusiya-Türkiyə münasibətlərində də əsas ölkə hesab olunur: “Bakı son dövrlər Rusiyada lobbiçilik fəaliyyətin gücləndirilməsi üçün fəal iş görür. Hansı ki, bu birbaşa Ermənistanın əleyhinədir. Bakı anlayır ki, ərazi bütövlüyünün bərpası Rusiyadan keçir. Çünki Ermənistanda müstəqil qərar verən rəhbərlik yoxdur və Rusiya ilə razılaşmaq, Ermənistanın da bu razılaşmaya əməl etməsi deməkdir. Bu işdə Türkiyə də Azərbaycana aktiv şəkildə yardım edir”.
Muradyan Ermənistan hakimiyyətini passiv diplomatiyadan ittiham edib və qeyd edib ki, İrəvanda siyasi hakimiyyətin zəifliyi Heydər Əliyevlə Süleyman Dəmirəlin planının reallaşması ilə nəticələnə bilər.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub