Ermənilər iriçaplı pulemyotlarla mövqelərimizi atəşə tutdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan, kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Nerkin Karmirağbur, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı, Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Siyasət
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq
- Ərdoğan Azərbaycana gəlir
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Qalatasaray" azarkeşlərindən Vanda Naraya sərt reaksiya - "Biz Mauroya layiqli birini tapacağıq" 1002 dəfə oxunub
- Qarabağa getmək istəyənlərin nəzərinə! - Sabah saat 11:00-da... 999 dəfə oxunub
- “Nar” Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayıb - FOTOLAR 998 dəfə oxunub
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq 970 dəfə oxunub
- Ağadadaş Ağayev "Xalq artisti" adından məhrum edilə bilər? 965 dəfə oxunub