Avropa İttifaqı ölkələri noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinin yekun bəyannaməsinin mətni ilə bağlı razılığa gəliblər.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu "Azadlıq" radiosunun Brüssel müxbiri Rikard Yozvyak özünün "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, ittifaqın nümayəndələri sənədin yekun variantını müzakirə ediblər.
"Avropa İttifaqına üzv olan dövlətlər "Şərq Tərəfdaşlığı" sammitinin bəyannaməsi ilə bağlı razılıq əldə ediblər. Bəyannamənin mətni Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusa veriləcək", - deyə R.Yozvyak vurğulayıb.
O qeyd edib ki, Ukrayna, Moldova və Gürcüstanın Avropaya can atması "Şərq Tərəfdaşlığı"nın bəyannaməsində öz əksini tapıb.
Xatırladaq ki, Avropa İttifaqının altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Onun təşəbbüskarı qismində Polşa və İsveç çıxış edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub