Tacikistan paytaxtı Düşənbədə MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclası başlayıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, nazirlər toplantıdan əvvəl Tacikistan prezidenti İmomali Rahmonla görüşüblər.
İ.Rahmon deyib ki, 25 il ərzində MDB məkanında sabitlik şəraitində çoxtərəfli əməkdaşlıq inkişaf edib və təhlükəsizlik təmin olunub.
Dövlət başçısı bütün bunlara görə müdafiə nazirlərinə təşəkkürünü bildirib.
Məlumata görə, nazirlər iclasda hazırkı şəraitdə birliyə üzv olan dövlətlərdə təhlükəsizliyin təmin olunması, Əfqanıstandakı və bu ölkə ilə sərhəddəki vəziyyəti, terrorçuluğa qarşı birgə mübarizəni, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov toplantıda iştirak edir.
Xatırladaq ki, Tacikistan 2018-ci ildə MDB-yə sədrlik edəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub