Bir müddət öncə İraqdakı uşaq evlərindən birinə 4 yaşlı azərbaycanlı Abdulla və bacısı Xədicənin yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı.
Mynews.az-ın məlumatına görə, XİN-nin sözçüsü Hikmət Hacıyev açıqlamasında bildirib ki, uşaqlardan biri artıq Xarici İşlər Nazirliyinin xətti ilə Azərbaycana gətirilib.
“Qeyd olunan Xədicə adı dəqiq deyil. Hazırda onunla bağlı identifikasiya işləri aparırıq. Amma Azərbaycanın İraqdakı səfirliyinin müşayiəti ilə Abdulla adlandırılan azərbaycanlı azyaşlı dünən axşam saatlarında vətənə gətirililib”, - deyə H.Hacıyev bildirib.
XİN nümayəndəsinin sözlərinə əsasən, Abdullanın gətirilməsi üçün İraq tərəfi ilə müvafiq sənədləşmə işləri aparılıb. Hazırda uşaq nazirliyin nəzarətindədir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub