"Avropa Şurası Parlament Assambleyasının Alt Komitəsi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan müzakirələrdə hələlik fasilə yaranıb".
Mynews.az xəbər verir ki, bunu "Report"un Fransa bürosuna açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri Ştefan Şennak bildirib.
Onun sözlərinə görə, fasilənin yaranması AŞPA-nın Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi, Böyük Britaniyadan olan deputat Alan Mealein səlahiyyət müddətinin bitməsi ilə bağlıdır: "Onun AŞPA yanında missiyası bu ilin sonu başa çatacaq. Alt Komitə çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr gələn ilin əvvəlində Ermənistan üzrə yeni həmməruzəçinin seçilməsindən dərhal sonra başlayacaq".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub