Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan prezidenti Rumen Radevvə xanımı Desislava Radeva oktyabrın 13-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
Mynews.az-ın məlumatına görə, Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.
Prezident və xanımı akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Rumen Radev və xanımı Desislava Radeva daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.
Bolqarıstan prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub