“Ölkə.Az” xəbər verir ki, bunu Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra yerli erməni icması ilə görüşdə Ermənistan prezidenti Serj Sarkisyan deyib. Onun sözlərinə görə, bu məsələ Azərbaycan üçün də çox önəm daşıyır.
“Cəbhə xəttində ölüm hallarının baş verməməsi üçün, biz gərginliyin daha da azaldılmasına dair razılığa gəldik. Azərbaycan prezidenti və mən bu məsələdə çox maraqlıyıq. Azərbaycan prezidenti problemin mürəkkəbliyini çox yaxşı dərk edir”, - deyə Sarkisyan bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikasının prezidenti Serj Sarkisyan Cenevrədə, İsveçrə zirvə görüşü keçiriblər. ATƏT Minsk Qrupunun həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Şefer Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak ediblər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatılıb.
Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olduqlarını bildiriblər. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub