ABŞ Konqresinin Kaliforniyadan olan üzvü, konqresmen Xuan Varqas Xocalı soyqırımının 25-ci il dönümü ilə əlaqədar bəyanat verib.
Mynews.az xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilmiş bəyanatda Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlılardan bəhs olunur və bu dəhşətli faciə pislənilir.
Sənəddə 1992-ci il fevralın 26-da Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Həmçinin “Human Rights Watch” təşkilatına istinad edilərək bu faciənin regionda ən böyük qətliam olaraq qeydə alındığı vurğulanır. Bildirilir ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.
Qeyd edək ki, Kaliforniyanın ikinci ən böyük şəhəri olan San-Dieqonu, eləcə də ştatın İmperial Vilayətini 2013-cü ildən ABŞ Konqresinin Nümayəndələr Palatasında təmsil edən konqresmen Xuan Varqas Demokratlar Partiyasına mənsubdur. O, Konqresin maliyyə xidmətləri komitəsinin üzvüdür. Əvvəllər Kaliforniya Ştat Senatı və Assambleyasının üzvü olub.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub