Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib.
Mynews.az-ın APA-nın şimal bürosuna istinadən məlumatına görə, mərasimdə Rusiya tərəfdən nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan tərəfdən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Təməlqoyma mərasimi Azərbaycanın “Samur” gömrük buraxılış məntəqəsi və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsinin ərazisində baş tutub.
Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb.
Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək.
Körpünün uzunluğunun 325,3 metr, eninin 17,3 metr olması nəzərdə tutulur.
12:07
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası sərhədində Samur çayı üzərində avtomobil körpüsünün tikintisi məqsədilə iki ölkə arasında protokolun imzalanma mərasimi keçirilib.
Mynews.az-ın APA-nın şimal bürosuna istinadən məlumatına görə, protokolu Azərbaycan tərəfdən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziriRamin Quluzadə, Rusiya tərəfdən isə nəqliyyat naziri Maksim Sokolovimzalayıblar.
Bu gün körpünün təməlqoyma mərasimi keçiriləcək.
Qeyd edək ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü ilin sentyabr ayının 13-də imzalanıb.
Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək.
Körpünün uzunluğunun 325,3 metr, eninin 17,3 metr olması nəzərdə tutulur.
Körpü üç zolaqlı olacaq.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub