"Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları Deniz Baykal, İlhan Kesici və Ayşe Gülsün BilgehanınAŞPA-da Azərbaycana qarşı sənədi dəstəkləmələrini kəskin şəkildə pisləyirik".
Mynews.az-ın məlumatına görə, bunu Report-un Türkiyə bürosuna açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, həmin millət vəkillərindən biri səhv etdiyini boynuna alıb, yəni Azərbaycanın əleyhinə olan sənədə bilmədən səs verdiyini yazılı olaraq müvafiq qurumlara bildirib.
M.Çavuşoğlu deyib ki, AŞPA-da bu cür hadisələr əvvəllər də olub. XİN başçısı vurğulayıb ki, bu qurumda müəyyən siyasi qruplar var və onların təzyiqi ilə belə addımlar atılır: "Ancaq bunlar milli məsələlərdir. Türkiyənin məsələsində olduğu kimi, Azərbaycanın məsələsinə də eyni həssaslığı göstərməyimiz vacibdir. Ona görə də bu məsələyə siyasi mövqe və ideologiyadan doğan bir mövqe kimi baxa bilmərik. "Mənim AŞPA-dakı təmsilçilərim belə istəyir, mən də elə səs verəcəyəm" düşüncəsi ilə hərəkət etmək doğru deyil. Əgər iki qardaş ölkə arasında hansısa bir problem varsa, bunu öz aramızda danışıb, həll etməliyik. Hər halda kənarda Azərbaycanın düşmənləri ilə bir yerdə hərəkət edə bilmərik. Bu, çox səhv addımdır, bunu qəbul edə bilmərik və kəskin şəkildə qınayırıq. Biz Azərbaycana qarşı olan hər kəsi qınayırıq. Bu, belə olub və bundan sonra da belə olacaq".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub