Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, eyni zamanda, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.
Heydər Əliyev Fondundan Mynews.az-a verilən məlumata görə, görüşdə IDEA ilə BMT sisteminin qurumları arasında yeni əməkdaşlıq imkanları, o cümlədən BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və ətraf mühit problemlərinin həllində birgə fəaliyyət perspektivləri müzakirə edilib.
Həmçinin, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi üzrə həyata keçirilən layihə ətrafında fikir mübadiləsi aparılıb.
Layihənin məqsədi Azərbaycanın özünəməxsus, dünyada nadir rast gəlinən bioloji müxtəliflik nümunələrinin qorunub-saxlanılması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və səmərəli idarə olunmasıdır.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində Qızılağac Dövlət Təbiət Qoruğu kompleksində aparılan yenidənqurma və təkmilləşdirilmə işləri nəticəsində Azərbaycanda regionun ilk xüsusi mühafizə olunan dəniz ərazisi yaradılacaq.
Görüşdə ətraf mühit, davamlı inkişaf və digər məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi və daha da gücləndirilməsi barədə razılığa gəlinib.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub