"Azərbaycan, Rusiya və İran prezidentlərinin istənilən görüşünü alqışlayıram. Ümid edirəm ki, üçtərəfli görüşlər əməkdaşlığın gücləndirilməsinə və yeni qarşılıqlı faydalı razılaşmalara gətirib-çıxaracaq".
Mynews.az-ın məlumatına əsasən, bunu Report-un Rusiya bürosuna müsahibəsində Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideriVladimir Jirinovski Azərbaycan, Rusiya və İran prezidentlərinin noyabrın 1-də Tehranda keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, Avropanın Rusiya ilə dostluq etmək niyyətindən uzaq olduğu məqamda Moskvanın cənub dövlətləri ilə əməkdaşlığı hamı üçün faydalı olacaq: "Rusiyanın texnologiyası, nəqliyyat imkanları, böyük bazarı və bunun qarşılığında Türkiyə, İran və ya Azərbaycan kimi cənub ölkələrinin bütün il boyu təmin edə biləcəyi məhsullar; bu, hamımız üçün üstünlükdür, açıq-aydın faydadır. Elə ona görə də son illərdə ölkələrimiz daha çox əməkdaşlıq edir".
O, Rusiyanın cənub ölkələri ilə tərəfdaşlığının və ya hətta ittifaqının Yaxın Şərqi "sakitləşdirə" biləcəyini vurğulayıb.
Rusiya-Türkiyə əməkdaşlığından danışan V.Jirinovski Rusiyanın həm ideoloji, həm də iqtisadi cəhətdən Türkiyəyə yaxın olduğunu bildirib: "Milyonlarla turistimiz hər il Türkiyənin kurort zonalarına gedir, Türkiyəni ən son silahlarla təchiz edirik və ümumilikdə Türkiyə hökumətinin siyasətini dəstəkləyirik. Öz növbəsində, minlərlə türkiyəli işçi Rusiyada çalışır. Rusiyada Türkiyənin bir çox tikinti şirkətləri fəaliyyət göstərir, Rusiya mağazalarının rəflərində Türkiyə istehsalı olan çoxlu meyvə-tərəvəz var".
O bildirib ki, Avropanın Ankaraya dərs keçdiyi, notasiya oxuduğu, necə yaşamaq lazım olduğunu öyrətməyə çalışdığı məqamda Rusiya Türkiyə ilə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub