Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 22-də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və Ahmet Yasevi Universitetinin təşkilatçılığı ilə Ankarada keçiriləcək “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Türkiyəyə səfərə yola düşüb.
Mynews.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, konfransın açılış panelində Türk Şurasının Baş katibi Ramil Həsənovun, Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarovun və Mövlud Çavuşoğlunun, eləcə də Türkiyə Baş nazirinin köməkçisi Toğrul Türkeşin çıxışı nəzərdə tutulub. Səfər əsnasında nazir Elmar Məmmədyarovun, həmçinin ikitərəfli görüşləri də planlaşdırılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub