"Beynəlxalq siyasətin və beynəlxalq münasibətlərin məkrli aktoru Corc Soros adət edib ki, həmişə onunla razılaşsınlar”.
Mynews.az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
O, “Açıq cəmiyyət” fondunun yaradıcısı, amerikalı milyarder Corc Sorosla bağlı yaranan vəziyyətə münasibət bildirib: “Amma görünür, vəziyyət dəyişməyə başlayır, özü də Avropadan”.
Qeyd edək ki, Corc Sorosun gəlirinin 75 faizini özünün siyasi və sosial proqramlarına xərcləyəcəyi xəbəri dünyada gərginlik yaradıb. Demokratik yolla seçilmiş bir sıra liderlər onun pulu ilə satın alınan siyasətçilərə qarşı mübarizənin çətin olacağından narahatlıq ifadə ediblər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub