Bakıda oktyabrın 25-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək” adlı Tvinninq layihəsinin təqdimat mərasimi keçiriləcək.
Bu barədə Mynews.az-a Aİ-nin Azərbaycandakı nümayəndəliyin mətbuat xidməti tərəfindən məlumat verilib.
Məlumata əsasən, layihənin ümumi məqsədi Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə və ümumiyyətlə, vətəndaşlara göstərilən xidmətlərin səmərəliliyin artırılmasıdır.
Layihənin hədəfi xidmətlərə olan tələbatın müəyyən edilməsi və idarə edilməsi, davamlı inkişafın həyata keçirilməsi ilə bağlı Avropa İttifaqının ən qabaqcıl təcrübələrini tətbiq etməkdən ibarətdir.
Layihənin icra müddəti 2017-ci ilin Mart ayından başlayaraq 27 aydır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub