Ermənistan hazırki mərhələdə Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək niyyətində deyil, bizim belə məqsədimiz yoxdur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinin Milli Tədqiqat Universitetində yeni tədris proqramının başlanmasına həsr edilmiş iclasda bəyan edib.
Sarkisyan bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur.
“Bir əllə atəş açmaq, digəri ilə isə danışıqlar aparmaq mümkün deyil. Biz ya danışıqlar aparırıq, ya da atəş açırıq. Ermənistan hər iki varianta hazırdır”, - prezident qeyd edib.
Sarkisyanın sözlərinə əsasən, danışıqlar qarşılıqlı etimad şəraitində keçirilməlidir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub