Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Mynews.az Azvision.az-a istinadən xəbər verir ki, bu sözləri Pakistan ordusunun ehtiyatda olan general-leytenantı Tariq Xan bildirib.
Generalın sözlərinə görə, Ermənistan işğal olunan Azərbaycan torpaqlarını azad etməli və münaqişə zonasından öz qoşunlarını çıxarmalıdır.
“Dünya birliyi Yerevanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi üçün Ermənistana təzyiq etməlidir. Qarabağ məsələsində Pakistan həmişə Azərbaycanın yanında olmalıdır”, - deyə pakistanlı general bildirib.
İslamabad və Bakı arasında hərbi-texniki əməkdaşlıqdan danışan Tariq Xan qeyd edib ki, ölkələr arasında hərbi sahə daxil olmaqla, bir sıra sahələrdə əməkdaşlıq üçün böyük potensial var: “İslamabad Bakıya təlim təyyarələri, qırıclar, tanklar, atıcı silahlar, pilotsuz uçuş aparatları və digər texnika cəlb edə bilər. Ölkələrimiz arasında hərbi əməkdaşlığın dərinləşməsi sevindirici haldır”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub