XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "CNN"-də veriliş aparan Antoni Bourdaynin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan mətbəx haqqında veriliş hazırlaması ilə əlaqədar ABŞ-ın məşhur “Buzzfeednews” media orqanına müsahibə verib.
Bu barədə Mynews.az-a Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib.
Müsahibəsində Hikmət Hacıyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, eləcə də, qanunlarını pozduğu üçün Antoni Bourdaynin adının arzuolunmaz şəxslər siyahısına daxil ediyildiyini bildirib.
“Biz təəssüf edirik ki, Antoni Bourdayn Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına bəraət qazandırılması və bu işğalın pərdələnməsində propaqanda alətinə çevrilib. İşğal altında olan ərazilərdən mətbəx mövzusunda şou proqram hazırlamaq zorla öz torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə qarşı hörmətsizlikdir”, - deyə XİN sözçüsü bildirib.
Həmçinin, H.Hacıyevin "Twitter" profilində qoyduğu statusa istinadən müsahibədə yazılıb: “Etnik təmizləməyə məruz qalmış ərazilərdən şou proqram hazırlamaq utancverici və qeyri-mənəvi hərəkətdir. Bu dayandırılmalıdır”.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub