Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilənlər – Qərib Eyvazlı və Əli Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Mynews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Q.Eyvazlı 8 il müddətinə azadlıqdan məhrum edilib.
“Range Rover”in sürücüsü Ə.Abdullayevin isə günahsız olduğu qənaətinə gəlinib və ona bəraət hökmü verilib. Ə.Abdullayev məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Q.Eyvazlının idarə etdiyi “VAZ 21015” markalı avtomobillə Ə.Abdullayevin idarə etdiyi “Range Rover” markalı avtomobil toqquşub. Nəticədə, Q.Eyvazlının sərnişinləri – Ramiz Muradov və Elgün Məmmədov vəfat edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub