"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündə danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görmək və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa dair razılaşmasını alqışlayırıq".
Mynews.az-ın APA-nın Moskva müxbirinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir: "Hazırda həmsədrlər Azərbaycan və Ermənistan XİN başçılarının görüşü üzərində işləyir. Təəssüflər olsun ki, münaqişə zonasında vəziyyət mürəkkəb olaraq qalır. Bakı və İrəvanı razılaşdırılmamış məsələlərin düyününün açılmasına konstruktiv yanaşmağa çağırırıq".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub