“Meksika qanunverici hakimiyyətinin üzvlərinin Dağlıq Qarabağa səfəri tam müstəqil şəkildə həyata keçirilib və onların bu addımı Meksika hökumətinin rəsmi mövqeyini əks etdirmir”.
Bunu Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Oxu.Az-a açıqlamasında deyib.
Səfir bildirib ki, Meksika hökuməti qeyd olunan səfər barəsində əvvəlcədən xəbər almayıb.
“Əlbəttə ki, Meksika hökuməti münaqişənin sülh yolu ilə, tərəflər arasında danışıqlar vasitəsilə həll olunmasını dəstəkləyir. Biz Azərbaycan və Ermənistanı ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə münaqişənin həll olunmasına çağırırıq. Meksika hökuməti bu münaqişənin beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəstəkləyir. Biz istəyirik ki, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq 4 qətnamələri icra olunsun. Bu qətnamələr özlərində münaqişə zonasında atəşkəsə riayət olunmasını, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörməti əks etdirir və biz də bunun tərəfindəyik”, - deyə Flores bildirib.
Səfir qeyd edib ki, Meksika hökuməti deputatların qanunsuz səfəri ilə bağlı məsələləri nəzarətə götürüb və araşdıracaq.
Xatırladaq ki, Meksika parlamentində Ermənistanla dostluq qrupunun rəhbəri Cuata Dominqez Blanca Marqarita, həmin qrupun üzvü Garcia Bravo Maria Cristina Teresa və onları müşayiət edən digər şəxsin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər. Hazırda Azərbaycan XİN-də məsələ ilə bağlı araşdırma aparılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub