"Təəssüf ki, Kəşmir və eyni zamanda, Dağlıq Qarabağ problemləri ilə bağlı BMT-nin qətnamələri yerinə yetirilmir".
Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand Kəşmir hadisələrinin növbəti ildönümünə həsr olunmuş tədbirdə bildirib.
Səfir qeyd edib ki, Pakistanın Kəşmir problemi ilə Azərbaycanın Dağlıq Qarabağ problemi çox oxşardır: "Qarabağ ərazisi də Kəşmir regionu kimi işğal olunub. Bu, insan faciəsidir. Bizim oxşar qaçqın problemlərimiz var. Bu, bizim üçün yalnız ərazilərin problemi deyil, həm də insan hüquqlarının pozulması problemidir."
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini şərh edərkən Pakistan səfiri Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü müsbət qarşılayıb, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub