İki min manata qədər olan mülki, on min manata qədər olan iqtisadi işlərə Ali Məhkəmədə baxılmayacaq.
Mynews.az Report-a istinadən xəbər verir ki, bununla bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrə dəyişiklik edilir.
Belə ki, bu işlər apellyasiya məhkəməsində yekunlaşacaq.
Dəyişiklik həm də nümayəndələrin Ali Məhkəməyə çıxışını məhdudlaşdırır.
Layihə Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasına tövsiyə olunub. Əgər dəyişiklik layihəsi səsvermədən keçərsə, dekabr 1-də qüvvəyə minəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub