217 il əvvəlin bu günü, yəni 19 fevral 1800-cü il tarixdə gələcək fateh Napoelon Bonapart özünü Fransanın birinci şəxsi eran edib.
Napoleonun tarixdən silinməyən məşhur deyimlərindən bir neçəsini təqdim edirik:
- Ağıl insanın düşdüyü vəziyyətdən üstün olmalıdır ki, onu qurtara bilsin.
- Əgər dünya tək bir ölkə olsaydı, paytaxtı İstanbul olardı.
- Başlamaq lazımdır, sonrasına baxarıq.
- Dərd və çətinliklər insanın iradəsini möhkəmləndirir.
- Böyük şəxsiyyətlə gülünc şəxsiyyət arasında bir addım yol var.
- Ancaq həqiqət təhqiredicidir.
- Döyüşərək ölmək qəhrəmanların, intihar etmək qorxaqların imtiyazıdır.
- Dünyada təqlid edilməyən tək şey cəsarətdir.
- Gözəl bir qadın gözə, yaxşı bir qadın qəlbə xoş gələr. Birincisi qızıl, ikincisi isə xəzinədir.
- İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc, sonunda düşüncəyə məğlub olar.
- Feodalizm quruluşunu top yıxdı, müasir quruluşu isə qələm yıxacaq.
- Analar bir əlləriylə uşağını, digər əli ilə dünyanı yelləyərlər.
- Az bilib çox danışan, bədxərclik edən yoxsula bənzər.
- Ən gözəl savaş insanın öz varlığına və asılı olduqlarına qarşı olan savaşdır.
- Aslanın rəhbərlik etdiyi qoyunlar ordusu, qoyunun rəhbərlik etdiyi aslanlar ordusundan güclüdür.
- Ən qorxulu an zəfər anıdır.
- Əsgərdən ilk növbədə dözüm və səbr tələb olunur, cəsarət bundan sonra gəlir.
- Güc heç vaxt gülməli olmur.
- Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir.
- Güc ortaya çıxınca qanunlar zəifləyər.
- Həqiqət çox güclü olduğu üçün hər yerdə özünü qəbul etdirə bilir.
- Hər kəs özündə olmayanlar üçün mübarizə aparar.
- İnsan öz səbr və dözümüylə tauna da qalib gələ bilər.
- Ümid ilə ümüdsüzlüyün arası bir addımdır.
- Yoxuşa qalxanda dayanmaq olur, yenişdə mümkün deyil.
- Zəfər iradədən ibarətdir.
- İnsanı ancaq iki şeylə yerindən tərpətmək olar - qorxu və şəxsi maraq.
- İnsanı yaralayan tək şey həqiqətdir.
- Kəndli yaddaşı sərkərdə biliyindən üstündür.
- İnsanı ucaldan iki şey var: qorxu və maraq.
- Qazandıqlarımın hər birini cəsarətimə və çalışqanlığıma borcluyam.
- Məğlubiyyətin üzünə gülə bilsən, deməli, cəsursan.
- Qoşununu yedirmək istəməyən xalq az keçməz ki, yadları yedirməyə məcbur olar.
- Mənə türklərdən ibarət bir ordu verin, sizə dünyanı fəth edim.
- Mümkün deyil ifadəsi axmaqların lüğətindən götürülüb.
- Ölüm heç bir şeydir, amma məğlub və şərəfsiz yaşamaq hər gün ölməkdir.
- Siyasət qılıncdan güclüdür.
- Süngüylə hər şey eləmək olar, bircə onun üstünə oturmaq olmaz.
- Uğurlarım gəncliyimdəki xəyallarımın məhsuludur.
- Xərçəng insanın içinə sirayət eləmiş məğlubiyyətdir.