Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanq Prezidentİlham Əliyevə təbrik məktubu göndərib.
Mynews.az AZƏRTAC-a istinadən xəbər veirr ki, məktubda deyilir:
Hörmətli cənab Prezident.
2017-ci il Vyetnam və Azərbaycan üçün mənalı ildir. Biz bu il diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd edirik.
Fəxr edirik ki, ötən 25 il ərzində tarixdə baş verən bir sıra hadisələrə və qeyri-sabitliyə baxmayaraq ölkələrimizin ənənəvi dostluğu qorunmuş, yaxşılaşdırılmış və əhəmiyyətli dərəcədə möhkəmləndirilmişdir. Ölkələrimiz birgə səylər nəticəsində səmərəli dostluq və faydalı əməkdaşlıq qurmuş və inkişaf etdirmişdir. Bu münasibətlər hər iki ölkənin inkişafına müsbət töhfə vermiş və dünyada gedən dəyişikliklər kontekstində əməkdaşlığımız üçün güclü təməldir.
Mən qəti şəkildə inanıram ki, bizim səmimi, ənənəvi dostluğumuz, ölkələrimizin və xalqlarımızın mənafeyi, tərəqqisi, regionda və dünyada sülhün möhkəmlənməsi işinə bundan sonra da töhfə verəcək.
Zati-aliləri cənab Prezident, Sizə və Azərbaycan xalqına daha firavan və gözəl həyat, ölkənizə yeni nailiyyətlər diləyirəm. Vyetnam-Azərbaycan dostluğunun və əməkdaşlığının daim möhkəmləndirilməsini və inkişaf etməsini arzu edirəm.
Xahiş edirəm, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğur arzularımı qəbul edin.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1085 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1078 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1076 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1046 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1042 dəfə oxunub