“İran Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ilk ölkədir. Müharibənin qızğın vaxtında, qanlı hadisələr zamanı atəşkəsə nail olmaq uğur idi”.
Mynews.az-ın məlumatına əsasən, bunu İranın Dağlıq Qarabağ münaqişəsinin həllində mümkün rolu barədə APA-nın sualını cavablandıran İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımideyib.
“Biz çox maraqlıyıq ki, iki önəmli şimal qonşumuz ixtilafları kənara qoyub, sülh, sabitlik və iqtisadi inkişaf istiqamətində müsbət addımlar atsınlar”, - deyə o, söyləyib.
Sözçü çərşənbə günü baş tutacaq İran, Azərbaycan və Rusiya prezidentlərinin görüşünə də toxunub. O xatırladıb ki, Tehranda keçiriləcəķ üçtərəfli görüş sayca prezidentlərin ikinci sammitidir: “Zirvə toplantısı zamanı əlaqələrin inkişafı üçün müxtəlif məsələlər, terrorizmlə mübarizə və regionda vəziyyət müzakirə olunacaq. Üçtərəfli görüş hər üç ölkəyə aid ümumi məsələlərin müzakirəsi və razılıq əldə olunması üçün əlverişli fürsətdir”.
B. Qasımi Azərbaycan və İran arasında əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb: “Qafqaz regionu bizim üçün önəmlidir. Azərbaycanla yanaşı, Ermənistanla da yaxşı əlaqələrimiz var, son günlər Ermənistan baş naziri Tehrana səfər etmişdi. Gürcüstanla əlaqələrimiz də yaxşıdır. Ümumilikdə Qafqaz regionu ilə əlaqələrimiz yaxşı səviyyədədir. Biz bu regionda təhlükəsizliyin təmin olunmasını önəmli hesab edirik”.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1094 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1087 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1085 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
1054 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
1051 dəfə oxunub