Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək.
Mynews.az-ın Trend-ə istinadla məlumatına görə, iclasın gündəliyinə Əmək Məcəlləsinə, "Diplomatik xidmət haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Heyvanlar aləmi haqqında", "Təhsil haqqında" və digər bir sıra qanunlara dəyişiklil olmaqla 38 məsələ daxildir.
İclasda həmçinin "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi məsələsinə baxılacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub