Azərbaycan Meksikaya nota verdi

Meksika Deputatlar Palatasının sədri Xorxe Karlos Ramires MarinAzərbaycanın Meksika Birləşmiş Ştatlarında müvəqqəti işlər vəkiliMəmməd Talıbovla görüşüb.
Mynews.az xəbər verir ki, Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı Meksika Deputatlar Palatasının sədri ölkəsinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsində maraqlı olduğunu vurğulayıb.
Bir neçə gün əvvəl müxalif MORENA və PRD adlı siyasi partiyaları təmsil edən üç meksikalı deputatın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinə toxunaraq, bu faktdan hədsiz dərəcədə təəssüfləndiyini qeyd edib, həmin millət vəkillərinin hərəkətinin nə Meksika Deputatlar Palatasının, nə də həmin deputatların aid olduqları siyasi partiyaların Konqresdəki qrupunun mövqeyini deyil, yalnız öz fərdi mövqelərini əks etdirdiyini bildirib. O, görüşdə iştirak edən Konqresin Xarici Əlaqələr Komissiyası sədrindən məsələnin araşdırılması və bu kimi halların gələcəkdə baş verməməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş edib.
R. Marin Meksikanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişilməz qaldığını qeyd edərək, Deputatlar Palatasının münaqişə üzrə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini tələb edən dörd qətnaməsini dəstəklədiyini vurğulayıb.
Səfir M. Talıbov isə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə dolğun məlumat verib, rəsmi İrəvanın növbəti təxribatı olan sözügedən hadisənin Ermənistan hökumətinin qeyri-konstruktiv xarakterini bir daha ifşa etmiş olduğunu bildirib.
Səfirliyin məlumatında o da qeyd olunub ki, Azərbaycan Xarici İşlər Nazirliyinin tapşırığına uyğun olaraq səfirlik məsələni araşdırdıqdan sonra dərhal Meksika Xarici İşlər Nazirliyinə diplomatik nota, Deputatlar Palatasının sədri və Azərbaycan-Meksika Dostluq Qrupunun meksikalı həmsədrinə məktublarla müraciət edərək Meksika millət vəkillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri ilə bağlı Azərbaycanın ciddi narahatlığını çatdırıb, bu kimi səfərlərin təxribat xarakterli və qəbuledilməz olduğunu bildirərək, həmin halın araşdırılması və gələcəkdə təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsini tələb edib.
Onu da xatırladaq ki, Meksika Deputatlar Palatası tərəfindən 6 sentyabr 2011-ci il tarixində qəbul olunmuş qətnamə Ermənistanı BMT TŞ-nın Dağlıq Qarabağ münaqişəsi üzrə dörd qətnaməsini yerinə yetirməyə çağırır.
Siyasət
- Ceyhun Bayramov Ermənistana xəbərdarlıq etdi
- Prezident: "Beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır"
- Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub - VİDEO
- İlham Əliyev: "Biz uzunmüddətli sülhə hədəflənmişik"
- Erməni KİV: “Zoddakı hərbi hissə tamamilə dağıdılıb”
- “Caliber” sərhəddəki vəziyyət barədə - “Atəşin dayandırılması ilə bağlı razılıq əldə olunub”
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycan Ordusu separatçıların qanunsuz fəaliyyətinə qarşı zəruri nəzarət tədbirləri həyata keçirib 934 dəfə oxunub
- Azərbaycan Ordusu Qarabağda hərəkətə keçdi 930 dəfə oxunub
- Metroda sərnişin relslərin üzərinə düşüb 922 dəfə oxunub
- İstanbul üçün qorxunc zəlzələ proqnozu - Daha çox Avropa tərəfi... 584 dəfə oxunub
- Quru sərhədlər açılır? - Deputat tarix açıqladı 583 dəfə oxunub