Oktyabrın 31-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olub.
Mynews.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərimizin daha da dərinləşdirilməsi baxımından önəmi vurğulanıb. Qlobal layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub