"Azərbaycan Cənubi Qafqazda siyasi qərarların qəbulunda qadınların iştirakına görə ən yüksək göstəriciyə malikdir”.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş Bakıda keçirilən Şərq Tərəfdaşlığı ölkələrində qadınların siyasi həyatda iştirakına dair regional araşdırmanın təqdimatında deyib. O bildirib ki, Azərbaycan bu göstəriciyə görə qürur duya bilər: “Bildiyim qədərilə, masa üzərində bir sıra layihələr var. Bu layihələr də qadınların siyasi həyatda iştirakını daha da artıracaq”.
Səfir əlavə edib ki, təqdim edilən araşdırmada ən son məlumatlar əksini tapmayıb. Onun sözlərinə görə, bu gün keçirilən tədbirin ikinci hissəsində hazırda vəziyyətin necə olmasına dair məlumatlar müzakirə ediləcək.
Daha sonra çıxış edən Aİ-nin Azərbaycan nümayəndəliyin rəhbəri Kestutis Yankauskas bildirib ki, Azərbaycanda yerli idarəetmə orqanlarında işləyənlərin 35 faizi qadındır: “Parlamentdə də qadın təmsilçilər var. Lakin biz rəsmi qurumlarda kişiləri qadınlardan daha çox görürük. Bu ölkənin bu sahədə böyük tarixi var. Gələn il Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi qeyd olunacaq”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub