Rusiya prezidenti Vladimir Putin İranın paytaxtı Tehrana rəsmi səfərə gedib.
Mynews.az bu barədə Oxu.Az-a istinadən xəbər verir.
Məlumata əsasən, səfərin məqsədi Tehranda keçiriləcək Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə iştirak etməkdir.
Bir qədər öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçılarının "Şimal-Cənub" nəqliyyat dəhlizi, onun Qərb qolu layihəsini müzakirə edəcəklərini bildirib.
Gündəlikdə kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının üçüncü ölkəyə göndərilməsi, Rusiyadan Azərbaycana qaz ixracının artırılması, neft hasilatının azaldılması üzrə OPEK+ müqaviləsinin müddətinin uzadılması, eləcə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirəsi dayanır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub