Putin bu barədə prezidentlərin üçtərəfli sammitində bildirib. Yeni qəbul edilən qərara görə, Rusya Azərbaycan vasitəsilə İranın şimalına qaz tədarük edəcək.
“Hər bir ölkədə böyük karbohidrogen istehsalına baxmayaraq, həmin ölkələr bu xammalın bir-birinə tədarükündə maraqlıdır. Məsələn, biz Azərbaycan vasitəsilə İranın şimalına qaz tədarük edəcəyik. Bu amil tərəfdaşlarımız üçün iqtisadi məqsədəuyğunluğu təmin edə biləcək”, - deyə Putin bildirib.
Qeyd edək ki, bu gün Tehranda Zirvə Toplantılar Mərkəzində İran prezidenti Həsən Ruhani, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçirilib. Danışıqların yekunu üzrə birgə bəyannamə qəbul edilib, prezidentlər mətbuata açıqlama ilə çıxış ediblər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub