Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Üçüncü Komitənin iclasında qaldırılıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, Baş Assambleya baxılması üçün Üçüncü Komitəyə sosial, humanitar məsələlər və insan hüquqları məsələlərinə aid gündəlikdə dayanan məsələləri təqdim edir.
Komitənin iclasında Qaçqınlar üzrə Ali Komissarın dünyada böhran səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan milyonlarla insanın ehtiyaclarını ödəmək üçün yeni model təklif etdiyi illik hesabatı təqdim olunub.
İclasda Azərbaycanı təmsil edən Həbib Mikayıllı Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, eləcə də, Ermənistanda monoetnik dövlət yaradılması faktına diqqət yönəldib. Onun sözlərinə görə, yüksək çinli erməni rəsmilər müntəzəm olaraq nifrət və dözümsüzlüyü təbliğ edən bəyanatlar verirlər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub