ABŞ hökuməti Azərbaycanın yolu ilə gedərək Hasilat Sahələrində Şəffaflıq Təşəbbüsü (EİTİ) qurumundan çıxmaq qərarına gəlib.
Mynews.az Ölkə.Az-a istinadən xəbər verir ki, Azərbaycan qurumu bu ilin mart ayında tərk edib. ABŞ-ın bu qurumdan ayrılacağı barədə məlumatı “Bloomberg” nəşriyyatı yayıb.
ABŞ daxili işlər departamentinin nümayəndəsi Qreqori Qould deyib:
“ABŞ hökuməti hasilat sahələrində korrupsiya və EİTİ prinsipləri ilə möhkəmləndirilmiş şəffaflıq idealına sadiqdir”.
Bununla yanaşı Ağ Evin rəsmisi qeyd edib ki, EİTİ ABŞ-dakı hüquq çərçivələrini tam nəzərə almır.
Azərbaycan isə Boqotada qurumun 36-cı toplantısında EİTİ-ni tərk etdiyini açıqlayıb. Bunu isə hökumət komissiyasının və EİTİ üzrə çoxtərəfli qrupun rəhbəri Şahmar Mövsumov bəyan edib.
Şahmar Mövsumov bildirib ki, Azərbaycan ikili standartlara görə daha qurumda qala bilməz.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub