“Washington Post” nəşri Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının hər an partlamağa hazır olan təhlükəsindən yazıb.
Stefon Morellinin fotolarla assosiasiya olunmuş məqaləsi “Həyat və ölümün arasında yaşayanlar” adlanır.
Məqalədə deyilir ki, İrəvanın təxminən 30 kilometrliyində yerləşən AES regionda ciddi qorxuya səbəb olur: “Bunun ən azı iki səbəbi var: AES-in nüvə reaktoru qoruyucu qapağa malik deyil, stansiya seysmik cəhətdən təhlükəli bölgədə yerləşir, yəni zəlzələnin başvermə riski böyükdür. Stansiya 1989-cu ildə Spitak zəlzələsindən sonra bağlanıb, lakin sonradan yenə istifadə olunmağa başlanıb. “National Geographic” jurnalı “Metsamor”u dünyanın ən təhlükəli AES-i adlandırıb”.
Nəşr 22 il öncə - 1995-ci ildə “Metsamor”a həsr etdiyi məqaləni xatırladır. Həmin məqalədə deyilirdi ki, “Ermənistan enerjiyə olan ehtiyacını əsas gətirərək, AES-i yenidən istifadəyə verib. O zaman Ermənistanın 3,6 milyon əhalisinin yarıdan çoxu qışda ölkəni tərk edir, yayda yenidən geri qayıdır”.
“Washington Post” qeyd edir ki, bütün risklərə baxmayaraq, AES indiyə qədər işləyir və insanlar stansiya işçiləri üçün tikilmiş şəhərdə yaşamağa davam edirlər.
Stefon Morellin bu ilin yanvarında Metsamor şəhərinə gələrək, oradakı həyatı fotolara köçürüb.
“Şəhərdə 10 minə qədər insan sovet dövründə tikilmiş köhnə evlərdə yaşayır. Onlar sağ qalmaq və ölüm arasında mübarizə aparır”, - deyə nəşr qeyd edir.
Maraqlıdır ki, enerji istehsal edən AES-in yerləşdiyi şəhərdəki insanlar evlərini isitmək üçün odundan istifadə edir. Çünki istehsal edilən enerji başqa rayonlara gedir. O da diqqət çəkir ki, şəhərdə elektrik enerjisinə qənaət etmək üçün gecələr küçə işıqları söndürülür.
Qeyd edək ki, Naxçıvanın 50 kilometrliyində yerləşən AES bütün region üçün ölüm təhlükəsi adlandırılır.



1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub