Rusiya və Türkiyə prezidentləri Vladmir Putin və Rəcəb Tayyib Ərdoğan Soçi görüşündən sonra mətbuat nümayəndələri üçün bəyanatlar səsləndirən zaman tərcümə problemi yaşanıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, Rusiya prezidenti vəziyyətdən dərhal çıxış yolu taparaq, tərcüməçini birbaş mikrofona dəvət edib.
Putin bəyanatın əvvəlində danışıqlar zamanı ikitərəfli münasibətləri, həmçinin Suriya problemini müzakirə etdiklərini deyib. O əlavə edib ki, Rusiya və Türkiyə arasında əməkdaşlıq, demək olar ki, bərpa olunub, iki ölkə arasında ticarət dövriyyəsi 36 faiz artıb.
Bu zaman dövlət başçısına bildirilib ki, onun çıxışı sinxron tərcümə olunmur.
"Tərcümə yoxdur? Tərcümə ilə bağlı nə problem var?", - deyə o təşkilatçılardan soruşub.
"O zaman, bəlkə, birbaşa tərcümə etsin, belə daha asan olar", - deyə o tərcüməçini mikrofona dəvət edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub