“Mədəniyyətimizə töhfə verən Rasim Balayev haqqında danışmaq istəyirəm. O, elə bir sənətkardır ki, Babəki, Nəsimini filmlərdə canlandırıb. O, dərman almağa pul tapmır. Üzümü tuturam Səhiyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə, ona niyə kömək etmirlər?!”
Mynews.az-ın Report-a istinadən xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, xalq artisti Zeynəb Xanlarova deyib.
O, aktyora kömək olunmasını xahiş edib: “Xahiş edirəm, ona kömək etsinlər. Onun aldığı pulun miqdarı nə qədərdir ki?! Pulu çatmır dərmanların hamısını almağa...”
MM sədri Oqtay Əsədov isə deyib ki, bu məsələ diqqətdə saxlanılacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub