Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrda Vyanada ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində görüşməyə razılıq veriblər. Belə ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.
Bəyanatda deyilir ki, həmsədrlər görüş üçün hərtərəfli siyasi həllə bağlı məsələləri və təmas xəttində gərginliyi azaltmaq üçün xüsusi tədbirləri özündə birləşdirən gündəliyi hazırlayacaqlar: "Xüsusi diqqət ATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin genişləndirilməsi məsələsinin yekunlaşmasına yönəldiləcək".
Xarici İşlər nazirlərinin görüşü Qarabağ məsələsinin həllinə hansı tövhəni verəcək və görüşdə konkret olaraq hansı məsələlər müzakirə ediləcək? Nazirlərin görüşünü BiG.AZ-a şərh edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə Qarabağ konfliktinin həlli ilə bağlı müsbət irəlləyişlərin olmadığını, görüşün bir o qədər də məhsuldar olmayacağını bildirdi: "Moskvada ATƏT-ın Minsk qrupu həmsədrləri ilə birgə Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşü və Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan müzakirələr davam edir. Göründüyü kimi diplomatik danışıqlar davam edir. Hələki, konfliktin həlli ilə bağlı müsbət irəlləyiş yoxdur. ATƏT-ın Minsk qrupu dekabrda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vyanada ATƏT Nazirlər Şurasının toplantısında bir daha görüşəcəkləri barədə bəyanatı göstərir ki, danışıqlar ilin axırına kimi davam edir. Amma burada danışıqların hansı istiqamətində gedəcəyinə nəzər salmaq lazımdır. Bəyanatda deyilir ki, həmsədrlər görüş üçün hərtərəfli siyasi həllə bağlı məsələləri və təmas xəttində gərginliyi azaltmaq üçün xüsusi tədbirləri özündə birləşdirən gündəliyi hazırlayacaqlar: "Xüsusi diqqət ATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin genişləndirilməsi məsələsinin yekunlaşmasına yönəldiləcək".
Həmçinin politoloq Məhəmməd Əsədullazadə bu görüşləri və danışıqları sadəcə olaraq danışıqlar xatirinə danışıqlar kimi dəyərləndirdi: "Göründüyü kimi burada ATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin genişləndirilməsi və cəbhədə nisbi sakitliyin təmin olunması müzakirə ediləcək. Belə bir görüşlər sadəcə danışıqlar xatirinə danışıqlardı. Əsas müzakirə 7 rayonun boşaldılması, substantiv danışıqlar prosesini apaprmaqdır. Moskva hazıra danışıqlarda əsas moderatordu. Moskvada həmsədr dövlətləri də öz planına inandırmağa çalışır. Hərçənd həmsədrlər artıq Moskvanın bu palnı ilə razılıaşıb. Bundan sonra Qarabağla bağlı Azərbaycana təzyiqlər edilə bilər".
1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
585 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
541 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
518 dəfə oxunub
4
Əli Əsədov yeni qərar imzaladı
513 dəfə oxunub
5
Zəngilana növbəti köç karvanı yola salındı
508 dəfə oxunub