“Biz Dağlıq Qarabağ münaqişəsini diqqətlə izləyirik”.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu “RBK”-ya müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger bəyan edib.
Baş katib bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin başçılığı ilə missiya təmas xəttində monitorinq aparır.
“Yaxın keçmişdə vəziyyətin gərginləşməsindən narahat idik. Mənim baş katib kimi rolum Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səy göstərən Minsk Qrupunun həmsədrlərinin işinə dəstək verməkdir”, - deyə T.Qreminqer vurğulayıb.
Qeyd edək ki, 56 yaşlı isveçrəli Tomas Qreminqer 2017-ci il, iyulun 18-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yeni baş katibi seçilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub