Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla danışıqlar aparıb.
Mynews.az bu barədə TASS-a istinadla xəbər verir.
Məlumata əsasən, görüş mətbuata qapalı formatda keçirilib.
Danışıqların gündəliyinə ikitərəfli əməkdaşlıq, Avrasiya İqtisadi Birliyi, KTMT və MDB xətti ilə xarici siyasət üzrə qarşılıqlı münasibətlər, BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsində mövqelərin koordinasiyası məsələləri daxil edilib.
XİN rəhbərləri regionda təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub