"Hazırda Elnur Hüseynzadənin işi ilə bağlı beynəlxalq təşkilatlara birgə iş aparılır".
Mynews.az xəbər verir ki, bunu APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib. O qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları E. Hüseynzadə ilə görüşüblər: "Elnur Hüseynzadənin səhhətində heç bir problemi yoxdur, onun hər hansı bir şikayəti olmayıb. Ermənistan isə bildirir ki, onun haqqında cinayət işi başlanıb. Buna görə də hər hansı məlumat verilmir".
Qeyd edək ki, Azərbaycan vətəndaşı Elnur Hüseynzadə bir müddət əvvəl Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub