Prezident İlham Əliyev Ağacan Abiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Mynews.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağacan Qulam oğlu Abiyev “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah, noyabrın 24-də A.Abiyevin 80 yaşı tamam olur.
Xatırladaq ki, A.Abiyev Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, Milli Məclisin İntizam Komissiyasının sədridir. Eyni zamanda, beynəlxalq dərəcəli hakimdir. O, uşaq vaxtlarından boksla məşğul olub. 1957-ci ildən “Neftçi” İdman Cəmiyyətində məşqçi işləməyə başlayıb. Deputat iştirak etdiyi yarışlarda 6 dəfə Azərbaycan çempionu adını qazanıb və SSRİ-nin fəxri idman ustası dərəcəsinə qədər yüksəlib. Ağacan Abiyev Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası İcraiyyə komitəsinin üzvüdür.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub