Azərbaycan prezidenti İlham Əliyevin NATO mənzil-qərargahına səfəri tərəflər arasında münasibətlərin daha bir mərhələsini əks etdirir.
Mynews.az-ın məlumatına əsasən, bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.
O qeyd edib ki, Azərbaycanın NATO Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfəsi ölkəyə Silahlı Qüvvələrin NATO standartlarına təkcə hərbi əməliyyatların keçirilməsi baxımından deyil, həm də silahlı qüvvələrin demokratik idarə olunması baxımından uyğunlaşmasına kömək edəcək: “Azərbaycanın 2002-ci ildən 2014-cü ilədək Əfqanıstanda ISAF missiyasında, eləcə də, Kosovoda NATO sülhməramlı qüvvələr missiyasında iştirakı hər iki tərəf arasındakı əməkdaşlığın vacib mərhələləridir”.
M.Brayzanın sözlərinə görə, Azərbaycan NATO ilə qarşılıqlı fəaliyyəti dərinləşdirməklə alyansla tərəfdaşlıqdan əlavə səmərə əldə edə bilər: “Azərbaycan terrorçuluqla mübarizədə və problemli bölgələrdə stabilliyin bərpasında NATO-nun vacib tərəfdaşıdır”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub