Cəbhədə vəziyyət niyə gərginləşib? “Bu Rusiyanın Azərbaycana mesajıdır”

622
Cəbhədə vəziyyət niyə gərginləşib? “Bu Rusiyanın Azərbaycana mesajıdır”
Xəbər verdiyimiz son bir neçə gündə cəbhə bölgəsində gərginlik yaşanıb. Bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən təxribatların intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin ön xəttində bölmələrimizin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib.
 
Image result for elxan şahinoğluUnikal.org hadisələrin inkişafı ilə bağlı politoloqun fikirlərini öyrənib.
 
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Unikal.org-a açıqlamasında bildirib ki, iki ildir atəşkəs arxa plana keçib: "Çünki haqlı olaraq Azərbaycanın strategiyası dəyişib. Prezident İlham Əliyev də çıxışında vurğuladı ki, erməni hərbçiləri Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın. Ancaq onların orada postları, canlı qüvvəsi və hərbi texnikası var. Bu o deməkdir ki, onlar neytrallaşdırılmalıdır. Bu baş verdikcə də cəbhə bölgəsində belə atışmaların miqyası artır. Əsas səbəb Azərbaycanın işğalçı qoşunların Dağlıq Qarabağ və onun ətrafında yerləşməsi, yeni hərbçilərin gətirilməsi siyasətinin doğru olaraq əleyhinə çıxması və işğalçını məhv etməyə çalışması ilə bağlıdır. Onlar da qarşılıqlı olaraq atəşkəsi pozurlar. Belə vəziyyət getdikcə artır. Aprel ayı haqqında da çoxlu fikirlər var. Ermənilər apreldə genişmiqyaslı hərbi toqquşmaların olacağından qorxurlar. Ermənistanda aprel ayında parlament seçiləri keçiriləcək. Düşünürlər ki, Ermənistandakı seçkini pozmaq üçün Azərbaycan Ordusu hücuma keçə bilər. Bu o qədər də əsassız fikir deyil. Genişmiqyaslı toqquşmalar apreldə də, iyunda da, digər aylarda da ola bilər. Nə vaxta qədər ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq, belə gərginliklərin çox şahidi olacağıq”.
 
E.Şahinoğlunun sözlərinə görə, Rusiya son zamanlar açıq şəkildə Ermənistanın mövqeyini dəstəkləyir: "Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov azərbaycanlı jurnalistin sualına cavab olaraq açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil, münaqişə paket şəklində öz həllini tapmalıdır. Bir neçə gün əvəl də Ermənistanın Xarici İşlər naziri Moskvaya çağrılıb. Birgə mətbuat konfransında yenə də ATƏT-in Minsk qrupunun alternativinin olmadığı və atəşkəsə riayət olunmasının vacibliyi vurğulanıb. Bunlar hamısı Azərbaycana bir mesajdır. Belə çıxır ki, işğal davam etməlidir və biz də ona dözməliyik. Bu mənada Rusiya ilə Azərbaycanın maraqları kəsişir”.
 

 

Xəbər lenti