Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycana qarşı təxribat xarakterli tədbir təşkil edilib.
Mynews.az-ın APA-nın yerli bürosuna istinadən məlumatına görə, Gürcüstandakı erməni apostol kilsəsinin Tbilisidəki “Ayartun” mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası”ndan olan 7 gənc rəssamın əsərlərindən ibarət “Dirçəliş” adlı sərgi açılıb.
Dekabrın 20-nə qədər davam edəcək sərgi Ermənistanın Diaspor Nazirliyi, “Tekeyan Mərkəzi” Fondu və “Şuşa şəhərinin muzeyləri” təşkilatının dəstəyilə keçirilir.
Sərginin rəsmi açılış mərasimində Tbilisidəki erməni kilsəsinin keşişi Virab Kazaryan, Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşı və erməni icmasının nümayəndələri iştirak ediblər. Mərasimə sərgidə əsərləri sərgilənən rəssamlardan biri - Samvel Davadyan da qatılıb.
Azərbaycanın Gürcüstandakı səfirliyi məsələ ilə bağlı narahatlığını Gürcüstanın müvafiq dövlət qurumlarına çatdırıb.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub