“Hər hansı bir separatçı rejimin, istər tanınmamış, qondarma “DQR”, istərsə də Abxaziya separatçılarının haradasa sərgi, konfrans və ya başqa tədbir keçirməsi arzuolunmazdır”.
Mynews.az-ın xəbərinə görə, bu sözləri Report-un Gürcüstan bürosuna açıqlamasında bu ölkənin Xarici İşlər Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, Gürcüstan özü separatizmdən əziyyət çəkir, Dağlıq Qarabağ separatçılarının Tbilisidə belə bir tədbir keçirilməsi hökumətin xətti ilə təşkil olunmayıb.
Azərbaycanın Gürcüstandakı səfirliyindən isə bildirilib ki, məsələ ilə əlaqədar bu ölkənin müvafiq strukturlarına məlumat verilib və rəsmi Bakının narahatlığı onların diqqətinə çatdırılıb.
Xatırladaq ki, Gürcüstandakı erməni apostol kilsəsinin Tbilisidəki “Ayartun” mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası”ndan olan 7 gənc rəssamın əsərlərindən ibarət “Dirçəliş” adlı sərgi açılıb.
Dekabrın 20-nə qədər davam edəcək sərgi Ermənistanın Diaspor Nazirliyi, “Tekeyan Mərkəzi” Fondu və “Şuşa şəhərinin muzeyləri” təşkilatının dəstəyi ilə açılıb.
Sərginin rəsmi açılış mərasimində Tbilisidəki erməni kilsəsinin keşişi Virab Kazaryan, Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşı və erməni icmasının nümayəndələri iştirak ediblər.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub