Azərbaycanda əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdirilir.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə qanun layihəsi təqdim edilib.
Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.
Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.
Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin noyabrın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub